21 may 2010 23:48
Kriştianu Ronaldo: Mən möcüzə yarada bilmirəm
Ölkənin şimal-şərqində təlim-məşq toplanışı keçirən Portuqaliya milli komandasına qoşulan Kriştianu Ronaldo qeyd edib ki, dünya çempionatında portuqaliyalıların uğurla çıxış edib-etməyəcəyi yalnız ondan asılı deyil. Realın yarımmüdafiəçisi bildirib ki, turnirdə qalib gəlmək üçün əla formada olan 7-8 futbolçu lazımdır.
Azerisport.az xəbər verir ki, Ronaldo sözlərinə belə davam edib: “Mən komandada tək deyiləm və möcüzə yarada bilmirəm. Dünya çempionatında qalib gəlmək üçün komandanın ən azı 7-8 futbolçusu əla formada olmalıdır. Hətta 2-3 yaxşı oyun nümayiş etdirən futbolçu ilə belə səviyyəli yarışda qələbə çalmaq çətindir”.
