21 may 2010 00:05
ÇL-in finalında Azərbaycana tanış sima
UEFA Çempionlar Liqasının İnter və Bavariya arasında final oyunun idarə edəcək hakimin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu, ingiltərəli Hovard Uebbdir. 38 yaşlı referiyə həmyerliləri Maykl Mallakri və Darren Kenn kömək edəcəklər.
Xatırladaq ki, ötən ilin oktyabrında Bakıda keçirilən Azərbaycan – Rusiya oyununa da bu briqadası təyinat almışdı. və Uebb matçın son dəqiqələrində milli komandamızın qapısına penalti təyin etmişdi. Lakin qonaqların müdafiəçisi Sergey İqnaşeviçin zərbəsini Kamran Ağayev dəf etmişdi.
