21 may 2010 00:10

Yararsızlar, yaxud Azərbaycanda məşqçi böhranı

Kaxaber Çxadadze Azərbaycan çempionu olan üçüncü əcnəbi məşqçi oldu. Azerisport.az xəbər verir ki, Azərbaycan futbolu tarixində bu nəticəni ilk dəfə iki il əvvəl İnterlə çempion olmuş Valentin Xodukin göstərmişdi.

Bu tendensiyaya çevrilirmi? Öz ölkəsində böyük ölçüdə heç kəsə lazım olmayan əcnəbi məşqçilər Azərbaycanda “at oynatmağa” başlayırmı?

Hər bir hadisəyə, hər bir məqama fərdi yanaşılmalıdır və buna görə də bu gün Çxadadzenin Azərbaycan çempionu olması, məsələn, Almaniya, İtaliya və İngiltərə kimi “Böyük beşlik” ölkələrində də çempion klubları əcnəbilərin çalışdırması, yaxud Avropa futbolunda “sərhəd” anlayışının arxaikləşməsi ilə heç bir əlaqəsi yoxdur. İnterin məhz Çxadadzenin rəhbərliyi altında qızıl medalları boynuna asması daha çox çempionluğu son turda öz evində əldən verən XL-in vecsizliyi və Bakının “ədalətli oyun” prinspilərindən kənara çıxmaması ilə izah edilməlidir. Bir də ki, əlbəttə, “bankirlər”in mövsüm boyu lazımi miqdarda xal ehtiyatı toplaması ilə.

Yerlilər - Yunis Hüseynovun çalışdırdığı Karvan və Böyükağa Hacıyevin rəhbərlik etdiyi Standardın Premyer Liqanı tərk etməsi, ilk iki yeri tutan komandaların baş məşqçilərinin əcnəbi olması da tendensiya deyil. Çünki əks-dəlillər də var: məsələn, özünü tərifləməkdən yorulmayan Roman Pokoranın Simurqu indi hardadır? Yaxud 3-cü yeri tutan və bu mövsüm hər kəsi təəccübləndirən Qarabağı çalışdıran mütəxəssisin pasportundakı “vətəndaşlıq” qrafasında hansı ölkənin adı yazılıb?

Bir sözlə, yaşananları və alınanları ümumiləşdirmək, standartlaşdırmaq fikirlərindən uzaq gəzərək, bununla belə, Azərbaycanın “məşqçi sexi”ndə bir istehsalat böhranının yarandığı fikrindəyik. Əslində, bu “sex” heç vaxt ciddi və keyfiyyətli “məhsul”u ilə seçilməyib. Çox tərifli Sovet Azərbaycanı dövründə də Əhməd Ələsgərovdan başqa hansısa tanınmış məşqçinin adının çəkmək mümkün deyil. Bəs müstəqillik dönəmində? Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əsgər Abdullayev, Böyükağa Ağayev... Bir də son illərdə yetişən və futbolçu karyerasının böyük hissəsi 90-cı illərə təsadüf edənlər: Yunis Hüseynov, Nazim Süleymanov, Ramiz Məmmədov, Qurban Qurbanov və s.

Diqqətlə baxsaq, görərik ki, 18 yaşlı müstəqil Azərbaycan tarixində 17 çempionluq (əcnəbiləri saymasaq) 3 mütəxəssisin çiynindədir: 4 müxtəlif klubla 5 dəfə Ağasəlim Mircavadov, 2 müxtəlif klubla 3 dəfə Kazbek  Tuayev və bir klubla yenə 3 dəfə Mehman Allahverdiyev çempion olub. Daha 3 qızıl medal əcnəbilərin boynundadır. Digərlərində isə hərəyə bir dəfə Böyükağa Hacıyev, bir dəfə - uzaq 1992-ci ildə Əhməd Ələsgərov çempion olub. Bir dəfə isə birinciliyi qalib kimi bitirən Neftçinin sükanı arxasına müvəqqəti şəxs oturub.

Deməli, bizim məşqçi məktəbinin layiqli yetirmələri olanların (təbii ki, ölkədaxili miqyasda) hələ elə bir ciddi uğuru yoxdur.

Niyə üç dəfə Azərbaycan millisinə qayıdan Vaqif Sadıqovun klublardakı fəaliyyəti bir neçə ayı, maksimum bir ili ötmür? Niyə üç müxtəlif kluba ayrı-ayrı vaxtlarda rəhbərlik etmiş Əsgər Abdullayev hər dəfə uğurun bir addımlığında dayanır? Çünki nə onlar, nə də yeni dövr Azərbaycan məşqçiləri (adlarını təkrarlamağa lüzum görmürük) ciddi futbol və məşqçilik məktəbi keçməyiblər. 90-cı illərdə futbol oynayan, bu gün isə hərəsi bir premyer liqa və I divizion klubunun başında olan gənc məşqçilər bu peşənin sirlərini kimdən öyrənməlidir? Uğurlarına rəğmən, çalışdığı hər komandada intriqalar yaradan, çirkin fəaliyyətlə məşğul olan, oyun alqı-satqısında iştirak edən və böyük ölçüdə, bunun hesabına çempion olmalarına rəğmən, hər dəfə sinələrinə döymək, “mənəm-mənəm” demək imkanını qaçırmayan “qocaman” mütəxəssislərimizdənmi?

Biz çempionatımızın səviyyəsinin aşağı olmasını önə çəkirik, bura güclü legionerlərin gəlməməsini qabardırıq, amma bir dəfə, Azərbaycana gəlib oynamağa razılıq verən məşhur əcnəbinin burada hansı səviyyədə məşqçinin rəhbərliyi altında işləyəcəyini düşünmüşükmü? Valentin Xodukin və Roman Pokora Ukraynada hansı yüksək liqa klubuna gərəkdir? Öz ölkəsində bir neçə dəfə uğursuzluğa düçar olub müvəfəqqiyyət dalınca Azərbaycana gələn Bülənt Qorxmaz niyə hələ də bir ciddi klubdan təklif almayıb? Kemal Alispahiç soyadını hansınız eşitmişdiniz? Yaxud Cüneyt Biçəri Türkiyə futbol ictimaiyyətində, kuluarlarda dolaşan və bu təsərrüfatın tərkib hissəsi olan insanlardan başqa kim tanıyır?

Futbolçuya futbolun sirlərini məşqçi öyrətməlidir. 30 yaşa çatmış və normal zərbə vura bilməyən oyunçuya bundan sonra bunu başa salmaq çətin məsələdir. Amma 21-22 yaşlı istedadlı, bir qədər təcrübəsiz mərkəz müdafiəçisinə düzgün mövqe seçmək, gövdə ilə oynamaq, rəqibini düzgün saxlamağın yollarını anlatmaq olar. Yetər ki, baş məşqçi bunu bacarsın.

Premyer Liqanın rəngbərəng məşqçi korpusuna baxanda isə buna bir şübhə etməyimiz gəlir...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.