21 may 2010 00:14
Azərbaycanlı futbolçu apreldə postsovet məkanın ən yaxşısıdır
Moskva Lokomotivinin və Ukrayna yığmasının Azərbaycanəsilli yarımmüdafiəçisi Aleksandr Əliyev aprel ayında postsovet məkanının ən yaxşı futbolçusu seçilib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Sport-Ekspress” qəzetinin apardığı ənənəvi aylıq sorğuda Əliyev böyük fərqlə Roman Pavlyuçenko (Tottenhem, İngiltərə) və Yuri Jirkova (Çelsi, İngiltərə) qalib gəlib. Sorğuda iştirak edən 15 keçmiş SSRİ ölkəsindən 9-cu (Azərbaycan, Belarus, Gürcüstan, Latviya, Moldova, Rusiya, Türkmənistan, Ukrayna və Estoniya) Əliyevi 1-ci yerə layiq görüb.
