22 may 2010 13:46

Cüneyt BİÇER: Finalda bizə bir qol kifayət etməyə bilər

Çempionatın gümüş medalları ilə bağlı təəssüratlarınız necədir?
Sevinirəm ki, ikinci ola bildik. Lakin bəzi büdrəmələr olmasaydı, hər şey daha yaxşı bitə bilərdi. Türkiyədəki doğmalarımdan və yaxınlarımdan təbrik zəngləri qəbul etmək xoş idi.
 
Artıq sabah komandanız Azərbaycan Kubokunun finalında «Xəzər Lənkəran»la üz-üzə gələcək. Sizin üçün bu, mövsümün ən vacib oyunudur?
Şübhəsiz. Bu, «Bakı»nın qazana biləcəyi yeganə mükafatdır. Çempionatı çempionluğun bircə addımlığında bitirdik, indi isə qalib gəlməyə çalışacağıq.
 
Lənkərandakı oyunun ertəsi günü məşq keçirdiniz. Futbolçuoarınızı bilərəkdən yükləyirsiniz?
Həmin gün onları o qədər də yükləmədim. Həm də məşqə qədər bir gün dincəlmişdilər. Təəssüf ki, zədəsi üzündən Kürşat Duymuş oynaya bilməyəcək, Vadim Borets isə cəzasına görə meydançaya çıxa bilməyəcək. Amma biz onları əvəz etməyə adam taparıq.
 
Final Lənkərandakı matça bənzəyə bilər?
Bu, tamam başqa oyun olacaq. Burada cavab görüşü yoxdur, hər şeyi 90 dəqiqə ərzində həll etmək gərəkdir. «Xəzər Lənkəran» məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq, çünki məhz biz onların çempionluqdan məhrum etmişik. Bizə isə yalnız ötən həftənin şənbə gününün uğurunu təkrarlamaq qalır.
 
Oyunçuların eyforiyaya qapılacağından ehtiyat etmirsiniz ki?
Hələ ötən bazar günü oyunçularıma demişəm ki, eyforiyaya qapılmasınlar. Bu, yeni rəqibə qarşı yeni oyun olacaq. «Xəzər Lənkəran»a hörmətlə yanaşmaq lazımdır. Yoxsa heç nə alınmayacaq.
 
Kubokun finalında bir qol yetərlidir?
Hər şey ola bilər. Amma fikirləşirəm ki, bir qol kifayət etməyə bilər. Hər iki komanda qalib gəlmək istəyir. Tamamilə mümkündür ki, tamaşaçılar çoxlu qol izləyə bilsinlər. Şəxsən məni minimal hesablı qələbə də qane edərdi.
 
Penalti seriyasına hazırlaşmırsınız?
Hər şeyi penalti seriyasına saxlamaq istəməzdim. Bu lotereyadır. Bir nəfərin bəxti gətirmir, bütün komanda əzab çəkir. Buna görə də, hər şeyi 90 dəqiqə ərzində həll etmək lazımdır. Ya da 120 dəqiqə ərzində. Məncə, «Xəzər Lənkəran» da penalti seriyasını arzulamır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.