22 may 2010 13:54
Bukmekerlər final oyununa hazırdır
bwin bukmeker kontoru futbol üzrə Azərbaycan Kubokunun finalında paytaxt komandasını favorit hesab edir.
Xatırladaq ki, sabahkı final qarşılaşmasında “Bakı” və “Xəzər Lənkəran” komandaları üz-üzə gələcəklər.
azerisport.az saytı xəbər verir ki, “Bakı”nın qələbəsinə pul qoyuluşları 2:1, “Xəzər Lənkəran”ın qələbəsinə pul qoyuluşları isə 3:1 nisbətində qəbul edilir. Oyunun əsas vaxtının heç-heçə bitəcəyinə dair proqnoz verənlər qoyduqları pulun 3,5 dəfə artacağına ümidli olacaqlar.
