22 may 2010 14:45
Mirça Luçesku Fənərdə?!
Ukraynanın Şaxtyor klubunun baş məşqçisi Mirça Luçesku yaxınlarda Türkiyəyə dönə bilər. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis Fənərbaxçadan təklif alıb. İstanbul klubu yaxınlarda istefaya göndərməyə planlaşdırdığı Kristof Daumun əvəzləyəcisi kimi məhz Luçeskunu görür.
Luçesku özü isə ukraynanın “Komanda” qəzetinə müsahibəsində Şaxtyorda qalacağını bildirib: “Bu dəqiqə Şaxtyorda xeyli iş var. Fənərbaxça barədə düşünmürəm”.
Xatırladaq ki, Mirça Luçesku vaxtilə Türkiyədə çalışıb və həm Qalatasarayı, həm də Beşiktaşı Türkiyə çempionu edib.
