22 may 2010 14:55
Mahir Şükürov Anjini başqa Rusiya klubuna dəyişə bilər
Azərbaycan yığmasının və Anjinin müdafiəçisi Mahir Şükürov ölkə mətbuatına müsahibəsində Rusiya Premyer Liqasında mübarizə aparan bir klubdan təklif aldığını deyib. Azerisport.az xəbər verir ki, futbolçu komandanın adını dəqiqləşdirməyib.
“Bir klubdan ciddi təklif almışam. Adını çəkməyəcəyəm. Bu klub Rusiya Premyer Liqasında çıxış edir. Ancaq mövsümün sonuna qədər Anjidə qalacağam. Çünki müqaviləmin müddəti ilin sonuna qədərdir. Ondan sonra vəziyyətə baxacağam” – deyə Şükürov bildirib.
