22 may 2010 14:56
Fran Merida Madrid klubuna keçir (FOTO)
azerisport.az xəbər verir ki, «Arsenal»ın yarımmüdafiəçisi Fran Merida Madridin «Atletiko» klubu ilə razılaşma əldə edib.
20 yaşlı futbolçu London klubunun təkidlərinə baxmayaraq, vətəninə dönmək fikrində olduğunu deyib. «Atletiko» ilə müqavilə gələn həftə imzalana bilər. Oyunçunun agenti Xoseba Dias bildirib ki, Madrid klubuna keçid sırf idman səbəbləri ilə bağlıdır və iqtisadi əsasları yoxdur.
Xatırladaq ki, Merida 2007-ci ildən «Arsenal»ın formasını geyir. Ötən mövsüm ərzində o, klubun heyətində 7 oyun keçirib. Bunlardan 4-ü İngiltərə Premyer-liqasının payına düşür ki, həmin oyunlarda Fran 1 qol vurmağa macal tapıb.
