22 may 2010 15:52
Quti Zenitə keçə bilər (FOTO)
“Real” klubunun yarımmüdafiəçisinin agenti Zoran Vekiç təsdiq edib ki, “Zenit” Quti ilə maraqlanır.
azerisport.az xəbər verir ki, Vekiç bununla bağlı açıqlamasında deyib: “Düzdür, “Zenit” mənim müştərimi almaq niyyətindədir. Sirr deyil ki, Quti gənc deyil və “Real”da qalmaq fikri yoxdur. Rusiya çempionatı isə sürətlə inkişaf edir, “Zenit”ə bütün dünyada məşhur olar italiyalı məşqçi Luçano Spaletti rəhbərlik edir. Oyunçunu öz klubunda görmək istəyənlər çoxdur, amma hələlik məhz Rusiya klubu favoritdir”.
