22 may 2010 16:03
3D translyasiya inanılmaz ajiotaja səbəb olub
Çempionlar liqasının final matçı ilk dəfə olaraq 3D rejimində teletranslyasiya ediləcək. Bu cür televizoru olmayanlar üçün Rusiyanın paytaxtındakı “Oktyabr” kinoteatrında oyunun birbaşa translyasiyası barədə bir həftədir ki, anonslar verilir.
azerisport.az xəbər verir ki, 25x10 metr ölçüsündə olan ekranda final matçını izləmək istəyənlərin sayı gözlənildiyindən qat-qat çox olub. 1500 ədəd bilet cəmi 3 günə satılıb. Bir biletin qiyməti isə təxminən 35 ABŞ dollarına bərabər olub.
