22 may 2010 16:33
Qəbələ ilə Uemblinin nə əlaqəsi?
İngiltərəli icmalçı Emi Lourens öz oxucularına Toni Adamsın hara getdiyi ilə bağlı məlumat verib. Xatırladaq ki, Adams “Qəbələ” klubunun yeni baş məşqçisidir.
azerisport.az xəbər verir ki, Lourens oxucularına məhz bunları çatdırmağı lazım bilib: “Beş yaşı olan klub hazırda ev oyunlarını 2000 tamaşaçı tutumu olan stadionda keçirir. Arena tütün fabrikinin yaxınlığında yerləşir. Qəbələ Azərbaycanın paytaxtı Bakıdan 140 mil (224 km) aralıdadır. Bu şəhər dağların qoynunda bərqərardır və əhalisi hətta “Uembli” stadionunu doldurmayacaq qədər azdır”.
