22 may 2010 17:08
Teves qalmaqallı sevgilisini dünya çempionatına dəvət edib (FOTO)
Argentina yığmasının və “Mançester Yunayted”in yarımmüdafiəçisi Karlos Teves İngiltərə çempionatındakı uğursuzluqdan uzaqlaşmaq üçün Argentinada yaşayan Vanesa Karbone adlı modelin xidmətlərindən istifadə edib.
azerisport.az xəbər verir ki, Teveslə birgə vaxt keçirən Karbone “Playboy” jurnalının keçmiş modelidir.
Qızın özü bu məlumatı təsdiq edərək bildirib ki, Teves onu hətta CAR-dakı dünya çempionatını izləməyə də dəvət edib.
