22 may 2010 22:19
Saytımızın oxucuları İnteri favorit hesab edir
Çempionlar Liqasının final oyununun nəticəsi ilə bağlı azerisport.az saytının təşkil etdiyi sorğuda iştirak edənlərin 47%-nin fikrincə, Kuboku İtaliyanın "İnter" klubu əldə edəcək. Bundan bir qədər az - 41% oxucumuz favorit kimi "Bavariya"nı görür.
Maraqlıdır ki, sorğuda iştirak edənlərin 5%-i oyunun hər hansı səbəb üzündən başa çatmayacağını düşünür.
Daha 7% oxucu üçün final oyununun nəticəsi heç bir maraq kəsb etmir.
