22 may 2010 22:27
Okan Buruk və Emre Aşık üçün futbol bitdi
ABŞ-ın Nyu-York şəhərində keçirilmiş Türkiyə və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyunu əlamətdar hadisə ilə başlayıb.
azerisport.az saytı xəbər verir ki, oyuna Türkiyənin milli komandasının əsas heyətində başlamış Okan Buruk və Emre Aşık 6 dəqiqədən sonra əvəz olunublar. Belə ki, sözügedən futbolçular üçün bu matç vida görüşü olub. Okan və Emre xatirə hədiyyələri almış və komanda yoldaşlarının alqış sədaları altında meydançanı tərk etmişlər.
