İnterin üçüncü, Mourinyonun ikinci çempionlar kuboku (YENİLƏNDİ)
Bu gecə Avropanın ən nüfuzlu futbol turnirində qalib müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, Madridin “Santyaqo Bernabeu” stadionunda İnter (İnter) və Bavariya (Almaniya) üz-üzə gəlirlər.
BAVARİYA - İNTER 0:1
Matç başlandı.
Finalda hesab açıldı. Bütün birinci hissə boyu pusquda dayanan İnter elə ilk əks-hücumundaca fərqləndi. Dieqo Milito fərqləndi. 0:1.
Fasilə.
İkinci hissə başlandı.
İnter İtaliya futbolunun ən gözəl örnəklərini göstərir. İkinci hissədə nadir əks-hücumlardan birində yenə Dieqo Miliro qapıçı ilə üz-üzə qaldı və hesabı artırdı. 2:0! Möhtəşəm Milito!!!
Matç başa çatdı. İnter 45 ildən sonra tarixində üçünü Çempionlar Kubokunu qazandı. Baş məşqçsi Joze Mourinyo isə Portodan sonra İnterlə də bu turniri qalib kimi başa vurdu.
