22 may 2010 23:31
Türkiyə - Çexiya 2:1
ABŞ-ın Nyu-York şəhərində keçirilən yoldaşlıq oyununda Türkiyə yığması Çexiya millisinə 2:1 hesabı ilə qalib gəlib. Hər iki topu Petr Çexin qapısından Arda Turan (31-ci və 48-ci dəqiqələrdə) keçirib. Cavab topunu isə 81-ci dəqiqədə Çernı vurub.
azerisport.az saytı xəbər verir ki, bu, Türkiyə milli komandasının Quus Hiddinkin başçılığı altında ilk oyunu idi.
