22 may 2010 00:02
Finala doğru: Azarkeşlərə nə qədər bilet ayrılıb?
PFL prezidenti Ramin Musayev Azərbaycan kubokunun finalında qarşılaşacaq Bakı və Xəzər Lənkəran komandalarının fan-klublarının rəhbərləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə Musayev fan-klublara oyun zamanı sevimli komandalarını sonadək dəstəkləməyi, səsləndirilən şüarlarda diqqətli olmağı, həmçinin oyun zamanı və oyundan sonra dostluq münasibətlərini saxlamağı tövsiyə edib.
“Görüşün sonunda fan-klublara kubokun final oyunu üçün biletlər təqdim olunub” yazan PFL-in rəsmi saytı biletlərin sayı barədə məlumat verməyib.
