22 may 2010 12:21

Vaqif CAVADOV: Mən Hollandiyaya gəlməmişdim ki, yarım ildən sonra geri qayıdım

Hamını maraqlandırır ki, nəyə görə siz milli komandanın açıq məşqində iştirak etməmisiniz?
İş burasındadır ki, mən ayrıca – fərdi proqram üzrə məşqlər edirəm. Hələ ki, zədə özünü göstərməkdədir.
 
Fərdi məşqlər nə qədər davam edəcək?
Avstriyaya yollanana kimi. Orada artıq komanda ilə birlikdə məşğul olacağam.
 
Belə çıxır ki, Moldovaya qarşı ilk oyunu buraxacaqsınız?
Bunu bilmək olmaz. Hər şeyi məşqçi həll edir. Əgər Berti Foqts məni meydançaya buraxarsa, məmnuniyyətlə oynayardım.
 
Sizcə, Avstriyaya yollanmaq üçün bu qədər futbolçuya ehtiyac var idimi?
Bu da məqşçinin səlahiyyətlərinə daxil olan məsələdir. Mənim işim oynamaqdır.
 
Yığmada özünüzə əsas rəqib kimi hansı futbolçunu göstərə bilərsiniz?
Bizdə hər bir mövqedə rəqabət mövcuddur. Və bu, nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Kimisə ayrıca qeyd edə bilmərəm.
 
Hollandiyadan gələn xəbərləri izləyirsinizmi?
«Tvente»də baş verənləri izləməyə çalışıram. Bilirəm ki, hazırda orda yeni baş məşqçi axtarışları gedir.
 
Təsadüfən namizədlər barədə eşitməmisiniz?
Hələ ki, ancaq yığmanın oyunları barədə düşünürəm. Klub barədə isə sonra – Avstriya toplanışından sonra fikirləşəcəyəm.
 
Necə də olmasa, elə həmin Frank Raykardla iş perspektivi sizi cləb etmir?
Düzünü desəm, mənimçün kiminlə işləyəcəyim vacib deyil. Maklaren var idi və ona məni «Tvente»yə gətirdiyi üçün minnətdaram. O getdi. Lakin bu, heç nə demək deyil. Mən yeni məşqçiyə də özümü göstərməyə çalışacağam.
 
Maklarenin ardınca «Volfsburq»a getmək istəyi yoxdur ki?
Mənim «Tvente» ilə qüvvədə olan müqaviləm və Çempionlar liqasında oynamaq imkanım var. Buna görə də, hələlik komandadan getmək barədə düşünmürəm.
 
Bəs Azərbaycana qayıtmaq barədə?
Mən getməmişdim ki, belə tez qayıdım.
 
«Xəzər Lənkəran» Azərbaycan millisinin oyunçularının alışı imkanları istiqamətində fəal işlər görür. Təsadüfən cənubluların heyətində oynamaq arzunuz yoxdur ki?
Hətta icarə formasında belə bir variant meydana çıxarsa, yox, istəmirəm. Hələ ki, Azərbaycan çempiontına qayıtmağı planlaşdırmıram. Mənim fikrim yalnız Qərbi Avropadadır.
 
Bazar günü Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Məhz sizin penalti zərbəsindən vurduğunuz top ötən il «Qarabağ»a bu mükafatı qazandırmışdı. Həmin anı xatırlayırsınızsı?
Əlbəttə, xatırlayıram. Mən qapıçıya nisbətən sol küncə vurdum, o isə sağ tərəfə tullandı.
 
Üzümüzə gələn oyunda kimi favorit hesab edirsiniz?
Hər iki komandanın qalib gəlmək üçün şansları eynidir. Bu oyuna baxmaq maraqlı olardı. Əgər o vaxta kimi Avstriyaya yollanmasaq, mütləq stadiona gedib həmin oyunda baş verənləri izləyəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.