22 may 2010 00:16

İki final: fərqli və oxşar

Sabah – mayın 23-də birdən-birə iki kubok yeni sahibini tapacaq. Biri Avropanın bir nömrəli klub turniri, digəri Azərbaycanın ikinci ən nüfuzlu yarışı.

Azerisport.az “yeni sahib” ifadəsini elə-belə işlətmədi. Fakt odur ki, İnter təxminən 50 illik fasilədən sonra Çempionlar Kubokunu muzeyinə apara bilər. Bavariyanın həsrəti isə olduqca az – cəmi 9 illə ölçülür. Amma bu da Azərbaycan kubokunun finalçıları üçün böyük rəqəmdir. XL sonuncu dəfə bu mükafata 2008-ci, Bakı isə 2005-ci ildə sahib çıxıb.

Fərqlər axtarmağa dəyməz. Axtarsaq, bu iki final arasında olduqca  çox fərq taparıq. Bu matçların önəmini, hətta dünya yox, Azərbaycan çapında marağını nəzərə alsaq, paradoksal, amma eyni zamanda düşündürücü faktın üstünü açarıq. ÇL-in finalına maraq Azərbaycan kubokunun finalına maraqdan qat-qat üstündür. Əlbəttə, bu, dünya üçün yenilik deyil, lakin digər ölkələrlə müqayisədə bu fərq uçuruma bərabərdir. Çox az ingilis Futbol Assosiasiyasının (ölkə kubokunun analoqu) finalını qeyri-ingilis komandalarının mübarizə apardığı ÇL-in finalına dəyişər. Eyni zamanda, çox az azərbaycanlı eyni vaxtda başlayan bu iki final arasında üstünlüyü XL – Bakı matçına verə bilər. Çox yaxşı ki, matçlar eyni vaxtda başlanmır. Çox yaxşı ki, matçlar fərqli günlərdədir. Hərçənd, yadınızdadırsa, kubokun finalın əvvəlcədən mayın 22-ə nəzərdə tutulmuşdu. Sonra onu bir gün sonraya keçirdilər.

Kim bilir, bəlkə elə buna görə? Bu sual sizə qəribə görünməsin. Bakı vaxtilə 23:30-da başlanacaq ÇL-in finalında reportaja bəzi azarkeşlər yetişməyə bilər. Təsəvvür edək ki, XL – Bakı matçında məsələ penalti zərbələri sonrası həll olunur. Üstəlik, mükafatlandırma, zəfər yürüşü. Təxminən 3 saat. 20:00-dan 23:00-a qədər. Və, məsələn, Günəşli qəsəbəsində yaşayan azarkeş “Gənclik” metrosundan evinə “vaxtında” yetişməyə və bununla İnter – Bavariya görüşünün ilk hissəsini buraxa bilər... Amma... Özümüzə təsəlli verməyək, bunlar yalnız illüziyadır.

Hər halda, gəlin, hər iki finalı izləyək. Bir daha fərqi görmək üçün. Bir daha iki futbolun səviyyəsini müqayisə etmək üçün. Bir daha hansı miqyasa yüksəlməyi qarşımıza məqsəd kimi qoymağın vacibliyini dərk etmək üçün. İzləyək və nəticə çıxaraq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.