22 may 2010 00:23
Vaqif Cavadovdan proqnoz
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov bildirib ki, Azərbaycan kubokunun finalını stadionda izləyəcək. Azerisport.az-ın müxbiri ilə söhbətdə 20 yaşlı futbolçu maraqlı oyun gözlədiyini bildirib: “Hər iki komandanın şansları bərabərdir. Matçı izləmək çox maraqlı olar. Əgər o vaxta qədər milli komanda ilə Avstriyaya yollanmasaq, mütləq stadiona gələcəyəm.
Ötənilki kubokun finalını da yaxşı xatırlayıram. Onda penaltini dəqiq yerinə yetirdim və Qarabağ İnteri məğlub etdi”.
