"XL? Yox, yalnız Avropa!"
Tventenin və Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov azerisport.az-ın müxbiri ilə söhbətində Tventedəki perspektivlərindən, Frank Raykaardın mümkün təyinatından və Azərbaycana dönmək variantlarından danışıb.
“Tventedə baş verənlərdən vaxtında xəbər tutmağa çalışıram. Bilirəm ki, hazırda baş məşqçi axtarışları davam edir. Amma bütün diqqətimi indi yalnız yığmaya yönəltmişəm. Frank Raykaard? Kiminlə işləməyin elə bir önəmi yoxdur. Stiv Maklarenə minnətdaram ki, məni Tventeyə gətirdi. Yeni baş məşqçiyə də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam.
Azərbaycana qayıtmaq variantını heç nəzərdən belə keçirmirəm. Avropaya ona görə getməmişəm ki, bu qədər tez geri dönüm. Nə XL, nə də başqa kluba. Ümumiyyətlə, Azərbaycan çempionatına qayıtmağı planlaşdırmıram. Yalnız və yalnız Avropa barədə düşünürəm” – deyə Cavadov bildirib.
