22 may 2010 12:44

Yurgen KOLER: Hər şey penalti seriyasında bəlli olacaq

Yaxın vaxtlara qədər Almaniya millisinin formasını geymiş məşhur futbolçu Yurgen Koler bu gün oynanılacaq Çempionlar liqasının finalına dair fikirləri ilə bölüşüb.
azerisport.az saytına daxil olan məlumata görə, Yurgen Koler hər iki klubu finala layiq sayır. Belə ki, bu komandalar Liqada digərlərinə nisbətən daha sabit oyun sərgiləyiblər, hər biri öz ölkəsində həm çempion, həm də kubok sahibi olaraq «qızıl dubl»a imza atıb. Və Kolerin fikrincə, bizi çox maraqlı final qarşılaşması gözləyir.
Proqnoza gəlincə, Yurgen Koler oyunun çox gərgin keçəcəyini deyir və alman komandasının penalti seriyasında qalib gələcəyinə inanır. Baxmayaraq ki, İtaliyanı da sevir və orada uzun illər boyunca top qovub.
Sözünün sonunda məşhur futbolçu ingilis Linekerin dillərdə əzbər olan kəlamını xatırladıb: «Futbol 22 nəfərin oynadığı və sonda almanların qalib gəldiyi oyundur».

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.