23 may 2010 16:13
Bekhem Əfqanıstanda hərbi qulluğa başlayır (FOTO)
İngiltərə yığmasının və Milanın yarımmüdafiəçisi Devid Bekhem Əfqanıstana səfər edib. Azerisport.az “Marca” nəşrinə istinadla xəbər verir ki, superulduz Əfqanıstanda yerləşən sülhməramlı qoşunların və yerli ordunun əsgərləri, o cümlədən hərbçi həkimlərlə görüşüb.
Görüşlərin birində Bekhem snayperlərdən birinin silahını götürərək, bir neçə hədəfi nişan alıb.
