23 may 2010 16:45
"XL əsas vaxtda qələbə qazanacaq"
Azerisport.az-da sorğu başa çatıb.
Saytımızın istifadəçiləri bu gün keçiriləcək Azərbaycan kubokunun final oyununda XL-i daha şanslı sayırlar. Səsverənlərin 46%-i Lənkəran klubunun, 19%-i isə Bakının əsas vaxtda qalib gələcəyini proqnozlaşdırırlar. Hər iki komandanın əlavə vaxtda üstünlükü qazanacağını 8% respondent hesab edir. 12% - penalti zərbələrinə müraciət olunacağını bildirir. 4% üçün bu oyun maraqlı deyil, qalan 4% isə ümumiyyətlə, belə bir oyunun keçiriləcəyindən yenicə xəbər tutub.
