23 may 2010 00:01

Ağasəlim Mircavadov: Bu dəfə biz qalib gəlmək istəyirik

XL-in baş məşqçisi Ağasəlim Mircavadov final ərəfəsində keçirilən mətbuat konfransında komandasının şanslarını dəyərləndirib.

"Kubokun finalında oynamaq hər klub üçün şərəflidir. Bundan öncə iki dəfə finalda oynamışıq və hər iki halda kuboku qazanmışıq. Bu dəfə də qalib gəlmək istəyirik. Premyer Liqanın son turunda Bakıya qarşı keçirdiyimiz görüşdə məğlub olduq. Lakin öz evimizdə heç vaxt belə aqressiv oynamamışdıq. İlk dəqiqələrdə qol imkanlarımız olsa da, faydalana bilmədik. Bəzi oyunçularımız imkanlarından aşağı səviyyədə oynadı, bu da yekun nəticəyə təsir etdi. Bakı ilə oyundan öncə söz-söhbətlər var idi. Biz çalışırıq ki, oyunlarımız həmişə təmiz idman mübarizəsində keçsin. Bu mövsüm İnter Premyer Liqanın qalib oldu, onları bu uğur münasibəti ilə təbrik edirik. İndi əsas fikrimiz kuboku qazanmaqdır. Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik. Final oyunundan sonra yeni mövsüm üçün hazırlıqlara başlayıb transferlər edəcəyik" – azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, Mircavadov belə deyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.