23 may 2010 00:03

Paradoksal Bakı və acıqlı XL

18-ci Azərbaycan kuboku da tarixə qovuşmaq üzrədir. Azerisport.az şansları dəyərləndirir.

Bakı ilə XL səkkiz gün ərzində ikinci dəfə final qarşılaşmasında üz-üzə gəlirlər. Ötən şənbə Lənkəranda rəsmən final olmasa da, əhəmiyyətinə görə ölkədaxili finalların hər birini kölgədə qoyan, sözün əsl mənasında tarixi matçda şok yaşanmışdı. XL-in öz evində çempionluğu əldən verməsi lənkəranlı azarkeşləri, bu iki komandanın danışığa getməməsi isə bütün Azərbaycan futbol ictimaiyyətini şoka salmışdı. Və Bakı məhz “təmiz” oynadığı üçün bu gün çətin vəziyyətə düşüb. Paradoks?

Məlum XL – Bakı görüşündən əvvəl maraqlı məqam yaranmışdı: Bakı UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlamaq üçün XL-lə hər iki görüşdə eyni nəticəni (heç-heçədən başqa) göstərməli idi. Komanda həm Lənkəranda, həm də “Tofiq Bəhramov”da qələbə qazanmalı, ya da hər iki halda yenilməli idi. Yalnız bu halda komanda “bir güllə ilə iki dovşan vura bilərdi”; həm lazımi vəsiqəni qazanar, həm də təmiz adını qorumuş olardı.

...Deməli, bu gün Bakı mütləq qalib gəlməlidir. Amma məgər XL mütləq qalib gəlməli deyilmi?

Kubokun finalı XL üçün tituldan və Avropada verəcəyi üstünlüklərdən əlavə, həm də revanş və bəraət imkanıdır. Ağasəlim Mircavadov Bakını cəzalandırmaqla onu 6-cı çempionluğundan edən komandadan revanş ala bilər və azarkeşləri qarşısında az da olsa, bəraət qazanar. Üstəlik, növbəti mövsümü də XL-də keçirmək üçün real addım atar.

Bakıda bu cür gərgin ab-hava hökm sürmür. Komandanın hazırki baş məşqçisi Cüneyt Biçərin müvəqqəti sima olduğuna şübhə yoxdur. Çətin ki, özünü iddialı klub adlandıran Bakı taleyini gənc və təcrübəsiz mütəxəssisin ixtiyarına buraxsın. Bundan əlavə, kubokun finalında məğlubiyyət hər hansı inqilaba da səbəb olmayacaq. Mövsümboyu daha çox qeyri-sabitliyi ilə seçilən Bakının bura qədər gəlib çıxması, Premyer Liqada gümüş medal qazanması özü bir uğurdur. Və məğlubiyyət XL-dəki kimi bir neçə başın birdən kəsilməsinə gətirib çıxarmayacaq.

Amma maraqlı bir məqam var: indiyədək Bakı və XL birlikdə üç dəfə ölkə kubokunun finalında oynayıblar və hər üç halda qələbə qazanıblar. XL hərəyə bir dəfə İnter və MKT-Arazı, Bakı isə yenə həmin İnteri yenib. Deməli, bu gün başqa bir ilk yaşanacaq.

Azerisport.az adətən proqnozlardan çəkinir. Amma bu dəfə verəcəyik: XL Bakını penalti seriyasında məğlub edəcək. Fikrimizi nə ilə əsaslandıra bilərik? Hesab edin ki, bu, sadəcə, intuisiyadır. Komandalar arasında ciddi fərq tapmaq çətindir və onların ümumi səviyyəsinin bərabər olduğu göz qabağındadır. Lakin intuisiya üçün hər hansı bir aşkar dəlilə ehtiyac yoxdur, deyilmi?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.