24 may 2010 14:45
XL daha bir milli üzvünü sıralarına qatdı
Bu mövsümü uğursuz bitirən XL heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, Lənkəran klubu Simurqun və Azərbaycan yığmasının yarımmüdafiəçisi Tural Cəlilovla müqavilə bağlayıb. 24 yaşlı futbolçu azad agent kimi Simurqu tərk edib və XL-ə yollanıb.
