24 may 2010 18:52
Araz Abdullayev rəsmən Evertona keçir!
Neftçinin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev Evertona keçir. Azerisport.az xəbər verir ki, Neftçinin prezidenti klubun rəsmi saytına açıqlamasında keçidin artıq həll edilmiş məsələ olduğunu bildirib.
"Hər bir həmyerlimizin xarici kluba transferi bizim fəxrimizdir. Futbolçularımızın əcnəbi komandalara keçidi Azərbaycan futboluna başıucalığı gətirən hallardandır. Buna görə də, Neftçi rəhbərliyi də gənc və perspektivli oyuçularının güclü xarici klublara keçidinə şərait yaradır. Artıq Araz Abdullayev məsələsi ilə əlaqədar Evertonla ilkin müqavilə bağlanılıb. Bununla bağlı danışıqlar davam etdirilir" – deyə Sadıqov bildirib.
