24 may 2010 10:28

Pulsuz ətin şorbası

Azərbaycan Kubokunun finalında elə bir hadisə baş verdi ki, bunu bəlkə də ancaq yumoristik verilişlərdə «qara yumor» rubrikası altında görmək olardı, o da əgər ssenari müəllifinin fantaziyası buna imkan verərdisə. Bundan gülməli, eyni zamanda ağlamalı, inanılmaz nə düşünəsən?
Yəqin ki, güman edirsiniz söhbət nədən gedir. Matçın əlavə vaxtında, gərginliyin apogeyə çatdığı bir dəqiqədə meydançanın mərkəzinin yaxınlığında adi bir vəziyyətdir – qaydalar pozulub, mübahisəli top elan edilib və hamı gözləyir ki, «Bakı»nın futbolçusu topu lənkəranlılara qaytarsın. Sofroni (bəzi mənbələrə görə, topu vuran o deyildi) rəqiblərin alqış sədaları altında («feyr pley» alqışa layiqdir) topu rəqibin qapıçısına tərəf vurur. Azərbaycanın bir nömrəli qapıçısı sayılan (bu, doğrudan da belədir) Kamran Ağayev topa çata bilmir (bəlkə də meydançadakı hansısa maneə topun istiqamətini dəyişir) və heç kimin gözləmədiyi anda hesab açılır. Fantastika! Tarixə düşəcək bir an! Bu video dünya saytlarının və televiziya xəbərlərinin bəzəyinə çevrilə bilər!!!
Bəli, yalnız bilər, amma çevrilmir. Niyə? Çünki kamera bu qolu qeydə ala bilməyib. Televiziya tamaşaçıları yalnız və yalnız topun vurulduğu anı, qapıçının topa tərəf tullanmaq cəhdini, qapıya doğru uçan topun kölgəsini və sonuncunun qapının tora daxil olduğunu görə bilirlər. Televiziya şərhçisinin dəfələrlə «indi biz bu anı başqa rakursdan izləyəcəyik» sözləri işə yaramır. Çünki başqa rakurs yoxdur!
Dünyada barmaqla sayıla biləcək pulsuz idman kanallarından olan «idmanın ünvanı – İdman Azərbaycan» kameraları həmin vaxt yəqin ki, başqa işlə məşğul imişlər. Rejissor nə qədər çalışsa da, vurulan topu doğru-dürüst çəkmiş kameranı tapa bilmir. Axı hardan tapsın? Meydançanı daim ümumi planda saxlayan kamera yox, qapıların arxasında quraşdırılmış kameradan söhbət gedə bilməz…
Bu oyundan bir gün əvvəl Çempionlar Liqasının finalı tarixdə ilk dəfə olaraq 3D rejmində nümayiş etdirildi. Yəni televiziya tamaşaçısı oyuna istədiyi vaxt istədiyi mövqedən baxmaq imkanı əldə etmişdi. Əlbəttə, Çempionlar Liqasının finalı ilə Azərbaycan Kubokunun finalını müqayisə etmək, bəlkə də, yersizdir. Amma yenə də.
Futbol tamaşa deyil, hər hansı vacib iclas da deyil ki, kameranı bir nöqtəyə tuşlayıb işin sonunu gözləyəsən və avadanlığını yığışdırıb gedəsən evə. Futbol dinamik hadisədir, hər an hər bir nöqtə kameraların diqqətində olmalıdır. Ələlxüsus da topun hərəkəti. Bunun üçün məhz idman yarışlarında işləmək üçün təlim keçmiş operatorlar lazımdır. Daha çox kamera quraşdırılmış nöqtə və daha peşəkar komanda lazımdır.
Öz aramızdır, yazının əvvəlində qeyd etdiyim qol tələb olunan səviyyədə çəkilsəydi, bütün dünya ən azı bir gün Azərbaycan futbolundan, bu qoldan danışardı. Futbolumuz bu qol hesabına bir az məşhurlaşardı.
Amma «İdman Azərbaycan» pulsuz kanaldır. İmkanları bəlkə də məhduddur. Halbuki, bu, heç də belə deyil və olmamalıdır. Yeri gəlmişkən, Kubok finalını bütün ölkələrdə (məsələn, elə həmin Rusiyada və Türkiyədə) məhz pulsuz kanallar göstərir.
Belə bir atalar sözü var: «Ucuz ətin şorbası olmaz». O ki ola ət pulsuz olsun…

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.