24 may 2010 00:02
Cüneyt Biçər tarixə düşdü
Azərbaycan kubokunu qazananan Bakının baş məşqçi əvəzi Cüneyt Biçər tarixə düşüb. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis Azərbaycan kubokunu başı üzərinə qaldıran ilk əcnəbi baş məşqçi olub. Buna qədər 16 finalın hamısında azərbaycanlı məşqçilərin komandaları qalib olub. Əcnəbilərdən bu göstəriciyə isə yalnız ukraynalılar yaxın olub: 2005-ci ildə Anatoli Konkov (İnter), 2007-ci ildə İqor Nakoneçnı (MKT-Araz), 2008 və 2009-cu illərdə isə Valentin Xodukin (İnter).
