24 may 2010 00:04

Suallar doğuran, amma ədalətli qələbə

Bakı 5 il sonra Azərbaycan kubokunu muzeyinə apardı. Bu dəfə başqa kuboku, daha fərqli, daha gözəl ab-havada. Və kuryoz qolla.

Azerisport.az xəbər verir ki, Bakı – XL finalının 95-ci dəqiqəsində yaşanan hadisə hələ uzun müddət müzakirə olunacaq. Uzun müddət çək-çevirə məruz qalacaq. Uzun müddət yaddaşlardan silinməyəcək. Çoxlu suallar olacaq: Bakının qələbəsi nə dərəcədə ədalətlidir? Kamran Ağayevin səhvi nə dərəcədə faciəvi idi? Belə qoldan sonra Bakının sevinməsi etik normalara nə dərəcədə sığır?

Amma bu sualların mənası varmı? Və məgər biz futbolu ən ədalətli oyun kimi qəbul edirik? Dünən Bavariyanın 70%-lik topa yiyələnmə ilə İnterə yenilməsi ədalətli idimi? Bəlkə Aryen Robben bu kuboka layiq deyildi? Yoxsa Dieqo Milito kimi usta futbolçu “Santyaqo Bernabeu”da kuboku başı üzərinə qaldırmamalı idi? Ümumiyyətlə, futbolda ədalət axtarmağa dəyərmi? Bütün sualların ən azı  bir neçə cavab variantı var, deyilmi?

Bu günün şərtləri Bakının Azərbaycan kubokunun ikiqat qalibi kimi təqdim olunmasını diqtə edir. Və biz Bakıya “Azərbaycan kubokunun ikiqat sahibi” deyəcəyik. Çünki Ernad Skuliçin qolu nə qədər kuryoz, Kamran Ağayevin səhvi nə qədər ağlasığmaz idisə, Aleksandr Şoliçin zərbəsi bir o qədər möhtəşəm idi.

Yenə də mövzudan kənar qaçmaq olmur. Bəli, Bakı özü istəmədən qol vurdu və həmçinin bu gözlənilməz topun hesabına qalib gəldi. Amma siz deyin, həmin vəziyyətdə nə etmək olardı? Bakının qoldan imtina etməsi variantı tamamilə qəbul edilmir. Çünki oyunda bu cür həlledici qərarları futbolçular yox, baş hakim verir. Məsələn, cərimə meydançasında müdafiəçi ilə mübarizədə yerdə qalan futbolçunun penalti təyin etməyən hakimə etirazları nə qədər mənasızdırsa, kuryoz qol vuran və bundan imtina etmək istəyən futbolçuların xahişi bir o qədər nəticəsizdir. Həmin qolu yalnız bir nəfərin qeydə almamaq ixtiyarı var idi. Baş hakim Elçin Məmmədov isə oyun qaydalarında yazılan qanunla hərəkət etdi. Təəssüf ki, orada “mübahisəli topu yerinə yetirən komandanın qol vuracağı təqdirdə həmin qolun qeydə alınmaması və zərbənin təkrarlanması” kimi və ya buna yaxın və uyğun olan bənd yoxdur. Deməli, bütün oyun qaydalarına görə, Bakı layiqli çempiondur.

XL-in etirazı, qərarla barışa bilməməsi, Bakı nümayəndələri ilə mübahisəyə girişməsi, mükafatlandırma mərasiminə çıxmaması təbiidir. Hələ uzun müddət yaşıl formada oynayan futbolçuların qəlbindən bu məğlubiyyətin ədalətsiz olması kimi hisslər keçməyəcək. Təbii ki, buradan, televizor önündən nə Ağasəlim Mircavadovun, nə də futbolçuların rəqibə nə deməsini eşidə bilməzdik. İstisna olunmur ki, onlar Bakıdan XL-in hesabı bərabərləşdirməsi üçün şərait yaratmasını xahiş (tələb, tövsiyə, məcbur və s.) edirdilər. Bəs bu halda nə olacaqdı? Əlbəttə, hər birimiz bu qərarı alqışlayacaq, Bakının daha bir “fair play” sınağında üzüağ, alnıaçıq çıxdığını qəbul edəcəkdik və bəlkə də bu komandaya məhəbbətimiz bir qədər artacaqdı. Amma birdən matçın qalan dəqiqələrində, yaxud penalti seriyasında XL qələbə qazansaydı?

Bu sualın ətrafında yaxşı-yaxşı düşünün. Cavabını tapdığınız an futbolun nə demək olduğunu anlayacaqsınız.

Bir-iki sətir yuxarıda matçı televiziyadan izlədiyimi dedim. Təəssüf ki, stadiona getmək imkanım olmadı və bəlkə də mən bir bayramı qaçırdım. Amma stadiondan gəlib kompüter arxasına keçmisinizsə, sizə bir sirr açım: stadiona getməklə böyük iş gördünüz. Çünki biz, ekranın bu tərəfində olanlar bayram ab-havası hiss etmədik. “İdman Azərbaycan“ın canlı yayımı özü qədər keyfiyyətsiz və baxımsız idi.

 

Azərbaycan kuboku, final

BAKI – XL 2:1 (əlavə vaxtda)

Skuliç, 95 (1:0); Şoliç, 104 (2:0); Beqiri, 120 (2:1)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.