24 may 2010 00:09
Əziz Yıldırım Azərbaycan kubokunun finalını bəyəndi (FOTO)
Bakı – XL matçını (2:1) Fənərbaxçanın prezidenti Əziz Yıldırım da stadiondan canlı izlədi. Azerisport.az xəbər verir ki, öz komandasının mövsümün son turunda çempionluğu əldən verməsinə rəğmən, futbol funskioneri gülümsəyirdi. Yəqin ki, o, Azərbaycan kubokunun finalında sərgilənən oyundan razı qalıb.
Yoxsa XL-in də bir həftə əvvəl Fənərbaxça kimi çempionluğu öz meydançasında əldən verməsi onu belə şənləndirib?
