24 may 2010 00:16
Mircavadovun son 10 ildə ən uğursuz mövsümü
XL-in baş məşqçisi Ağasəlim Mircavadov son 10 ildə karyerasının ən uğursuz mövsümünü keçirdi. Azerisport.az xəbər verir ki, 1990/2000 mövsümündən etibarən ilk dəfə onun komandası həm medallardan, həm də Azərbaycan kubokundan məhrum oldu.
Bu müddət ərzində üç klubda çalışan Mircavadov Şəmkirlə 1999/00 və 2000/01 mövsümündə, Neftçi ilə isə 2004/05 mövsümündə qızıl, 2005/06 mövsümündə bu komanda ilə bürünc medallar qazanıb. XL-də keçirdiyi növbəti iki mövsümdə bir dəfə Azərbaycan çempionu olub, iki dəfə Azərbaycan kubokunu qazanıb. Bu mövsüm isə XL 4-cü yeri tutub və ölkə kubokunun finalında məğlub olub.
Onu da qeyd edək ki, Mircavadov 2001/02, 2003/04 və 2008/09 mövsümlərində heç bir klubda çalışmayıb.
