24 may 2010 00:27
Tarixdə 3-cü dəfə finalda bütün qolları əcnəbilər vurdu
Bakı – XL görüşündə (2:1) qollara imza atan Ernad Skuliç, Aleksandr Şoliç və Elvin Beqiri özünəməxsus tərzdə tarixə düşdülər. Azerisport.az xəbər verir ki, tarixdə 3-cü dəfə finalda bütün qolları əcnəbilər vurdular. Buna qədər 2005-ci ildə Bakı – İnter 2:1 (Leandro Qomeş, Andre Ladaqa – Vladimir Makovski) və 2008-ci ildə XL – İnter 2:0 (Juninyo-2) matçlarında eyni nəticəyə rast gəlinmişdi.
