Bakı səpələnmişlər arasında
Azərbaycan kubokunun sahibi məlum oldu və növbəti mövsüm üçün avrokuboklarda Azərbaycanı təmsil edəcək klubların təxmini təqviminə aydınlıq gəldi. Azerisport.az xəbər verir ki, finalda XL-i məğlub edən Bakı UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Üstəlik, reytinqi yüksək olduğunundan komanda “səpələnmişlər” arasına yer alıb. Bu o deməkdir ki, Bakı nisbətən zəif rəqiblərlə qarşılaşacaq. Onların arasında Litva, İrlandiya, Lixtenşteyn, Sloveniya, Bosniya və Herseqovina, Latviya, Andorra, İslandiya, Uels, Qazaxıstan, Estoniya, Ermənistan, Albaniya, Malta, Çernoqoriya, Farer adaları, Şimali İrlandiya, San-Marino, Moldova, Macarıstan, Makedoniya, Lüksemburq və Gürcüstan klubları var.
XL və Qarabağ Avroliqanın birinci təsnifat mərhələsindən mübarizəyə start verəcək. Lənkəranlılardan fərqli olaraq, Ağdam klubu da “səpələnmişlər” arasında olacaq.
İnter isə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən və “səpələnməmişlər” arasında başlayacaq.
