24 may 2010 00:50
Kubokun finalı əlavə vaxtı sevir
18-ci Azərbaycan kubokunun qalibi əlavə vaxtda müəyyənləşdi. Azerisport.az xəbər verir ki, buna qədər baş tutan 17 finaldan (2001/02 mövsümündə turnir yarımçıq dayandırılıb) 6-da əlavə vaxt təyin edilib. Bir dəfə məsələ penalti seriyasında həll olunub. Əlavə vaxta gedən bütün finallar:
1992. İnşaatçı (Bakı) – Kür (Mingəçevir) 2:1 (əsas vaxt – 1:1)
1993.Qarabağ (Ağdam) – İnşaatçı (Sabirabad) 1:0 (0:0)
1997/98. Neftçi (Bakı) – Şəmkir (Şəmkir) 0:0, penaltilərlə: 5:4
2003/04.Neftçi – Şəmkir 1:0 (0:0)
2004/05.Bakı (Bakı) – İnter (Bakı) 2:1 (1:1)
2007/08. Xəzər Lənkəran (Lənkəran) – İnter 2:0 (0:0)
