25 may 2010 17:00
Rumıniya yığmasının baş məşqçisi Azərbaycanda?
Rumıniya yığmasının keçmiş baş məşqçisi Laslo Boloni Azərbaycana gələ bilər. Azerisport.az Rumıniya mətbuatına istinadla xəbər verir ki, 57 yaşlı mütəxəssis Azərbaycan klublarının birindən təklif alıb.
Qeyd edək ki, buna qədər Fransanın Nansi, Monako, Renn, Portuqaliyanın Sportinq Lissabon, BƏƏ-nin Əl-Cəzirə klublarını bə Rumıniya yığmasını çalışdıran macarəsilli Boloninin son iş yeri Standard (Belçika) olub. Mütəxəssis bu ilin fevralında komandanı tərk edib.
