26 may 2010 00:01
Neftçi də yığma komandanın yolu ilə getdi
Neftçinin 2010/11 mövsümü üçün hazırlıq planı müəyyənləşib. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda yeni çempionata üç mərhələdə hazırlaşacaq. Hazırda istirahətdə olan "ağ-qaralar" iyunun 21-də məşqlərə başlayacaqlar. Bakıda keçiriləcək ilk mərhələ iyunun 26-da yekunlaşacaq. İkinci mərhələ 28 iyun - 10 iyul aralığında Avstriyada keçiriləcək. Üçüncü mərhələ isə iyulun 15-dən 24-dək Avropa ölkələrinin birində olacaq.
