26 may 2010 14:15

İlişib qalan KXDR, bizə gülən Litva və Latviya

FIFA yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Bu reytinq cədvəlinin nəyə faydası var – mübahisəli məsələdir. Cədvəlin yığma komandaların real gücünü əks etdirib-etdirməməsi də şübhəlidir. Amma fakt odur ki, bütün dünya bu reytinqdə baş verən aylıq dəyişiklikləri diqqətlə izləyir.
 
Azerisport.az xəbər verir ki, may ayında Azərbaycan yığması oyun keçirməsə də, bir pillə irəliləyib və 109-cu pilləyə qalxıb. 110-cu yerlə 109-cu yer arasında təbii ki, ciddi bir fərq yoxdur, amma bu, az da olsa irəliləyişdir. Hərçənd, Neftçinin SSRİ çempionatında möhkəm kollektivlərdən biri olduğu vaxtda Latviya və Litva komandalarının ən yaxşı halda I divizionda mübarizə aparmasını xatırlayanda və bugünkü cədvələ göz gəzdirəndə, son 20-30 ildə nə qədər gerilədəyimizə bir daha şahidlik edirik. Postosovet məkanı ölkələri arasında Azərbaycan əvvəlki tək 10-cudur və Gürcüstanla yanaşı 4 Orta Asiya ölkəsini qabaqlayır. Bunların arasında AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizlə bir qruda yer alan Qazaxıstanda var. Beləcə, yığmamız dünyada 109-cu, keçmiş SSRİ-də 10, qrupda isə 5-cidir.
 
DÇ-də çıxış edən 32 komandadan 29-u il “50-lik”də qərarlaşıb. Daha doğrusu, onların arasında ən aşağı yeri tutan Cənubi Koreya 47-cidir. “50-lik”dən kənarda Yeni Zelandiya və CAR milliləri, “100-lük”dən kənarda isə sirli KXDR var.
 
Rəqiblərimiz
 
…6. Almaniya – 1082 xal
…29. Türkiyə- 830 xal
…59. Belçika – 541 xal    
…68. Avstriya – 479 xal
...129. Qazaxıstan – 183 xal
 
Postsovet məkanı ölkələri
 
…11. Rusiya – 1015 xal
…23. Ukrayna – 875 xal
…46. Latviya – 652 xal
…49. Litva – 608 xal
...82. Belarus – 397 xal
...89. Moldova – 378 xal
...94. Özbəkistan – 354 xal
...99. Estoniya – 320 xal
100. Ermənistan – 311 xal
…120. Gürcüstan – 217 xal
…129. Qazaxıstan – 183 xal
…135. Tacikistan – 155 xal
…139. Türkmənistan – 151 xal
…168. Qırğızıstan– 74 xal
 
DÇ-2010
 
1. Braziliya – 1611 xal
2. İspaniya – 1565 xal
3. Portuqaliya – 1249 xal
4. Hollandiya – 1231 xal
5. İtaliya – 1184 xal
6. Almaniya – 1082 xal
7. Argentina – 1076 xal
8. İngiltərə - 1068 xal
9. Fransa – 1044 xal
...13. Yunanıstan  - 964 xal
14. ABŞ – 957 xal
15. Serbiya – 947 xal
16. Uruqvay – 899 xal
17. Meksika – 895 xal
18. Çili – 888 xal
19. Kamerun – 887 xal
20. Avstraliya – 886 xal
21. Nigeriya – 883 xal
...24. İsveçrə -866 xal
25. Sloveniya – 860 xal
...27. Fil Dişi Sahili – 856 xal
...30. Əlcəzair– 821 xal
31. Paraqvay – 820 xal
32. Qana – 800 xal
...34. Slovakiya – 777 xal
…36. Danimarka – 767 xal
…38. Honduras – 734 xal
…45. Yaponiya – 682 xal
…47. Cənubi Koreya– 632 xal   
…78. Yeni Zelandiya – 410 xal    
…83. CAR – 392 xal
…105. KXDR – 285 xal

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.