26 may 2010 14:54
Denis Kalinkov XL-i tərk etdi
XL üç futbolçu ilə yollarını ayırıb. Azerisport.az lent.az-a istinadla xəbər verir ki, Lənkəran klubu Tomaş İneman, Tixon Şişov və Denis Kalinkovla müqavilənin müddətini uzatmayıb. Bu barədə klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Bu mövsüm start heyətinə düşməkdə çətinlik çəkən İnemanla Şişovun gedişi nə qədər gözləniləndirsə, azarkeşlərin mövsümün ən yaxşısı seçdiyi Kalinkovun yola salınması bir o qədər təəccüblüdür.
