26 may 2010 17:00
Starkov Bakının təklifini niyə qəbul etməyib? (FOTO)
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkovun Bakıya gəlişi baş tutmayıb. Azerisport.az xəbər verir ki, Bakı maraq dairəsində olan mütəxəssislə danışıqlara başlasa da, Latviyanı AÇ-2004-ün final mərhələsinə çıxaran mütəxəssis təklifdən imtina edib. Bakının baş meneceri Zeynal Məmmədov bunu Starkovu həm klubda, həm də yığmada çalışmaq istəməməsi ilə bağlayıb.
