26 may 2010 23:20
Azərbaycan yenə Moldovanı məğlub edə bilmədi (YENİLƏNDİ)
Bu gün Azərbaycan yığması Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirir. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi Moldovadır.
AZƏRBAYCAN - MOLDOVA 1:1
Matç başlandı.
20-ci dəqiqədə Azərbaycan yığması hesabı açdı. Sol cinahdan Elvin Məmmədovun ötürdüyü top gözlənilmədən qapıdan keçdi. 1:0.
Fasilə.
İkinci hissə başlandı.
82-ci dəqiqədə Moldova yığması hesab bərabərləşdirib. Andrey Qodoçari cərimə zərbəsindən möhtəşəm qola imza atıb. 1:1.
Matç başa çatdı. Millimiz bu dəfə də Moldovadan üstün ola bilmədi.
