27 may 2010 00:01
Berti Foqts: Futbolçular sona qədər çatdırmadılar
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Moldova ilə matçdan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az-ın müxbiri ilə söhbətində almaniyalı mütəxəssis komandasının fiziki planda problemlərinin olduğunu etiraf edib: “Hesab oyuna görə oldu. Birinci hissədə biz, fasilədən sonra isə rəqib daha yaxşı təsir bağışladı. Futbolçularımızın fiziki cəhətdən çatdırmadığı hiss olundu. Yorğunluq göz önündədir. Rauf Əliyev və Fərid Quliyev özünü çox yaxşı tərəfdən göstərdi”.
