26 may 2010 00:04
Ordusporun prezidenti: Ramimlə prinsipial olaraq, anlaşmışıq
Türkiyə Bank Asya 1-ci liqasında mübarizə aparan Orduspor Azərbaycan yığmasının və Bakının futbolçusu Fabio Luis Ramimlə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” qəzeti məlumat yayıb. Klub prezidenti Nedim Türkmən futbolçu ilə prinsipial olaraq anlaşdıqlarını və Ramimin qarşıdakı 1,5 il ərzində Ordusporun şərəfini qoruyacağını bildirib.
Xatırladaq ki, bu klubda Azərbaycan yığmasının digər üzvü – Anatoli Ponomaryov da forma geyir.
