26 may 2010 00:09

Geriyə sayım başlandı...

Mövsüm başa çatdı, amma futbol həyəcanı davam edir. Azərbaycan yığması DÇ-2012-nin seçmə mərhələsinə hazırlıq çərçivəsində ən vacib toplanışını keçirir və bu gün bu toplanış çərçivəsində ilk matçına çıxır. Rəqib Moldovadır.

Berti Foqts millini tez-tez gözlənilməz və qısamüddətli toplanışlara yığdığından, yığma üçün çox darıxa bilmirik. Amma etiraf edək ki, toplanış və mətbuat üçün açıq məşqlər başqa, oyun başqa. Bu oyun (daha doğrusu, oyunlar) ölkədən çox-çox kənarda, uzaq Avstriyada keçirilirsə belə.

Matçın məhz qürbətə planlaşdırılması məsələsinə dönəcəyik. Hələliksə, Avstriya toplanışının Azərbaycan yığmasına nə verəcəyi ilə bağlı düşünək.

Mövsüm bir neçə gündür rəsmən başa çatıb və futbolçularda, heç şübhəsiz, ciddi yorğunluq var. Bunu Berti Foqts da gizlətmir və burada gizlətməli də bir şey yoxdur. 9 aya yaxın gərgin mübarizənin sonunda futbolçuların fiziki, ən əsası isə psixoloji cəhətdən yorulması aksiomdur. Amma nə edəsən ki, milli komanda və onun turnir perspektivləri, vəzifələri var. Vəzifə AÇ-2012-nin seçmə mərhələsində layiqli çıxış etmək (çox mücərrəddir, deyilmi?), vasitə isə ona daha ciddi hazırlaşmaqdır. İlin bu vaxtı üçün yüksək şəraitli və sərin Avstriyadan yaxşı yer tapmaq çətindir. Foqtsun da toplanışı məhz bura salması özü-özlüyündə şübhəsiz böyük üstünlükdür.

O başqa məsələ ki, komanda Alp dağlarının ətəyinə yalnız məşq etməyə və Foqtsun həmişə şikayətçi olduğu fiziki durumu yüksəltməyə yox, həmçinin yoldaşlıq oyunları keçirməyə gəlib. Qarşıdakı bir həftə ərzində də komandamızı üç belə matç gözləyir. Maraqlı tendensiya: rəqibin gücü getdikcə daha da artır. Səviyyəcə Azərbaycanı heç üstələməyən Moldovanı Makedoniyaya tay tutmaq olmaz. Hondurası isə iş başında izləməsək də, bu komandanın DÇ-yə hazırlaşması maraqlı məqamdır. Və bəlkə də Reynaldo Ruedanın rəhbərlik etdiyi kollektiv ÇL-in yeni qalibi Qoran Pandevin çıxış etdiyi Makedoniyanı səviyyəcə geridə qoyur. İzləyərik, görərik.

İzləmək demişkən, Moldova və Hondurasla matçları ANS-də gözləyin. Bəs Makedoniya? Bu barədə yazmışıq və təkrarçılığa yol vermədən bildirək ki, oyunu canlı göstərməli olan “Xəzər TV”-nin proqramında bu yer almayıb. Kanal hələ də məsələyə rəsmi mövqeyini bildirməyib. Ümid edək ki, mayın 29-da Azərbaycan futbolsuz qalmayacaq və Rəşad Sadıqovun Pandevi hansı yolla saxlayacağını görəcək (hərçənd, futbolçunun Azərbaycana qarşı görüşdə meydançaya çıxmaması da gündəmdədir).

Əlbəttə, Sadıqov – Pandev mücadiləsini stadiondan da canlı izləyə bilərdik. Amma Azərbaycan yığması toplanışını ölkədən kənarda keçirir, buna görə də yoldaşlıq görüşləri toplanışı baş tutduğu əraziyə salınır. Təəssüf ki, Azərbaycanda bu cür infrasruktur yoxdur və tutaq ki, həmin Makedoniya ölkə xaricindəki toplanışı “Odlar Yurdu”na salmağı ağlından belə keçirmir. Nə qədər ki, belə olacaq, biz Azərbaycan yığmasının evində keçirdiyi yoldaşlıq oyunlarına həsrət qalacağıq. Təbii ki, əgər söhbət İspaniya və ya İngiltərəyə qarşı kommersiya xarakterli matçdan getmirsə...

Yalnız rəqiblərin seçimində bir kortəbiilik var. Adətən, baş məşqçilər yoldaşlıq görüşləri üçün seçmə mərhələdəki rəqiblərin oyun stilinə uyğun komandalar seçirlər. Tutaq ki, Moldova Qazaxıstana oxşar futbol sərgiləyir. Bəs atletik Uelsi və Avstriyanı hansı rəqiblə müqayisə edək? Şərqi Avropa futbol stilinə üstünlük verən Makedoniya iləmi? Yoxsa ekzotik Hondurasla? Bu sual ətrafında Foqts düşünsün və sabah yığmanın həmin Uels və Avstriya ilə oyunlara hazır olmadığını deyəndə bu seçimin onun və AFFA rəhbərliyinin yadına salacaqlar.

Yığma uzun yolun başlanğıcındadır. Diqqətlə baxsaq, bu yol elə uzun da deyil. Cəmi 3 ay sonra komandamız daha bir seçmə mərhələyə start verəcək. Və fevralda İordaniya və Lüksemburqdakı oyunları saymasaq, Berti Foqts və onun komandası tarixi olmağa namizəd sayılan bu mərhələyə bu gündən hazırlaşmağa başlayır.

Geriyə sayım başlandı. Seçmə mərhələyə 3 ay 12 gün qaldı...

 

Beynəlxalq yoldaşlıq görüşü, 26 may (saat Bakı vaxtı ilə)

21.30. Azərbaycan - Moldova

Avstriya. Zeekirhen. “Arena Şportsentrum” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.