26 may 2010 00:16
Azərbaycan DÇ-də Argentinaya azarkeşlik edəcək
Azerisport.az-da sorğu başa çatıb.
Azərbaycan azarkeşləri DÇ ərzində dəstəkləyəcəyi yığmanın adını müəyyənləşdiriblər. Sorğumuz göstərib ki, bir ay ərzində Azərbaycanda Argentinaya azarkeşlik edəcəklər. Hər halda, respondentlərin ən böyük hissəsi - 20%-i belə deyib. 12% Braziliyaya, bir o qədər isə İspaniyaya azarkeşlik edəcək. İtaliya, Hollandiya və Almaniya yığmaları hərəyə 8, İngiltərə isə 7% səs toplayıb. Fransaya olduqca az – 1% respondent dəstək olacaq. 7%-in “nişangahı”nda başqa (görəsən, hansı?) yığma var.
Futbol sevən və onu hər hansı hisslərdən uzaq tutan 15% isə (yeri gəlmişkən, ikinci ən çox səs toplayan variant) gözəl futbola azarkeşlik edəcək.
