27 may 2010 13:00
Toni Adams futbolçu seçməyə gedir
Qəbələnin baş məşqçisi Toni Adams bu gün Moldovaya yollanıb. Azerisport.az xəbər verir ki, ingiltərəli mütəxəssis Azərbaycan və Moldovanın gənclərdən ibarət yığmalarının yoldaşlıq oyununa baxacaq. Adamsın hər iki komandanın heyətindən Qəbələ üçün futbolçu seçəcəyi gözlənilir.
