27 may 2010 13:15
Kapitan hər kəsin oynamalı olduğunu düşünür
Azərbaycan yığmasının kapitanı Moldova ilə görüşdən sonra azerisport.az-ın müxbirinə fikirlərini bölüşüb.
“Meydançaya optimal heyətdə çıxmamışdıq. Foqts özü bizə demişdi ki, müxtəlif gedişləri sınayacaq, heyətdə dəyişikliklər edəcək, gənclərə şans verəcək. Bu adi haldır. Buraya 26 futbolçu ilə gəlmişik və imkan daxilində hamı meydançaya çıxmalıdır. Bu gün üçün vacib məsələ seçmə mərhələyə optimal formada yaxınlaşmaqdır” – deyə Sadıqov bildirib.
