27 may 2010 15:52
Muğan Kataniya və Livorno ilə eyni sırada
Muğanın yeni texniki sponsorunun adı məlum olub. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Salyan klubunu yeni mövsümdən İtaliyanın “Legea” şirkəti geyindirəcək. Geyim manufakturası ilə ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, bu şirkət Livorno və Kataniya da daxil olmaqla bir çox İtaliya klublarını, o cümlədən Albaniya, Bosniya və Herseqovina, İran və Çernoqoriya yığmalarını geyindirir.
